"Rusiya mütləq cavabını alacaq" - Zelenski

20:34 02.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 2-nə keçən gecə Kiyevə endirilən kütləvi zərbələrə görə Rusiyanın cavab alacağını bildirib.

Hafta.az report-a istinadən xəbər verir ki, bu barədə o, paytaxtın Darnitsa rayonunda zərbənin endirildiyi yerdə bildirib.

"Rusiya Kiyevə bugünkü zərbəyə görə cavab alacaq - mütləq", - Zelenski deyib.

O, həmçinin bildirib ki, Ukrayna "ədalətli sülh və müharibənin ədalətli şəkildə başa çatması"nın tərəfdarıdır.

Qeyd edək ki, İyulun 2-nə keçən gecə Rusiya qoşunları Ukrayna ərazisinə növbəti genişmiqyaslı zərbələr endirib, onun əsas hədəfi Kiyev olub.